
24 dekabr Azərbaycan xalqının yaddaşında müasir dövlətçilik tariximizin mühüm simalarından biri – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günü kimi xüsusi yer tutur. Bu gün yalnız bir Liderin deyil, eyni zamanda güclü, müstəqil və qalib Azərbaycanın formalaşmasında müstəsna rol oynayan şəxsiyyətin doğum günüdür.
Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan sabitlik və inkişaf yolunu qətiyyətlə seçmiş, dövlət idarəçiliyində müasir yanaşmalar tətbiq olunmuş, milli maraqlar hər zaman prioritet təşkil etmişdir. Onun düşünülmüş siyasəti nəticəsində ölkəmiz regionda söz sahibi, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır.
Cənab Prezidentin ən böyük tarixi xidmətlərindən biri Ali Baş Komandan kimi Azərbaycan Ordusuna rəhbərlik edərək Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbədir. Bu Zəfər təkcə torpaqlarımızın azad edilməsi deyil, həm də milli qürurumuzun, ədalətin və haqqın bərpası oldu.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işləri, müasir şəhər və kəndlərin salınması, məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı Prezident İlham Əliyevin strateji baxışının və gələcəyə yönəlik siyasətinin bariz nümunəsidir.
Cənab Prezident!
Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür və Azərbaycanın daha da qüdrətlənməsi naminə fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.
Aydın Bəşirov
Qarabağ Regional Mədəniyyət İdarəsinin müdiri
