Sizin reklam burada
Sizin reklam burada

Novruz – ümid və yeni başlanğıclar bayramı

Novruz – ümid və yeni başlanğıclar bayramı

Novruz bayramı baharın gəlişini müjdələyən və insanlara yeni ümidlər bəxş edən ən gözəl bayramlardan biridir. Bu bayramın tarixi çox qədim dövrlərə gedib çıxır və əsrlər boyu insanların həyatında mühüm yer tutmuşdur.

Novruz günü gecə ilə gündüz bərabərləşir və təbiətdə yeni həyat başlayır. Torpaq oyanır, bitkilər cücərir, ağaclar çiçək açır. Bu dəyişikliklər insanlara yeni ümidlər və arzular bəxş edir.

Azərbaycan xalqı Novruz bayramını böyük sevgi və şənliklə qeyd edir. Bayram günlərində insanlar bir-birini ziyarət edir, uşaqlar müxtəlif oyunlar oynayır, tonqallar qalanır və şənliklər təşkil olunur.

Novruz bayramı xalqımızın birlik, mehribanlıq və humanizm kimi dəyərlərini yaşadan mühüm bir ənənədir.

Bahar bayramı münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edir, sizə möhkəm can sağlığı, ailə səadəti və yeni uğurlar arzulayırıq. Qoy Novruz bayramı hər evə sevinc və xoşbəxtlik gətirsin!

Cavadova Məlahət Səfər qızı
Dilbazi QasImov adIna Qızılhacılı qəsəbə 1nömrəli
tam ümumtəhsil orta məktəbinin direktoru

  • Sosial şəbəkədə paylaş