Ucar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb.
Mərasimdə Şəhid ailələri, Qazilər, rayon İcra Hkimiyyətinin başçısı cənab Mənsur Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, ,Din xadimləri və rayon ictimaiyyəti iştirak edib.Öncə torpaqların azadlığı uğrunda canından keçən Şəhidlərin əziz xatirəsi hörmət və ehtiramla anılıb.
Ucar rayon İH-başçısı cənab Mənsur Məmmədov tədbir iştirakçılarını salamlayaraq Ramazan ayının həmrəylik, dostluq, qardaşlıq, sevği, mərhəmət,
paylaşmq və ruzi bərəkət ayı olduğundan söhbət açıb.
Din xadimləri "Qurani-Kərim"dən ayələr oxuyublar..Ramazan ayının fəzilətləri barədə danışıblar.
Şəhid ailələri göstərilən diqqət və qayğı üçün minnətdarlıqlarını bildiriblər.
Xalqımızı Ramazan və Novruz bayramı münasibətilə təbrik edib, Xalqımıza Sülh əmin-amanlıq,ruzi bərəkət və bolluq arzu ediblər.
Sonda xatirə şəkilləri çəkdirilib.
