Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva əmək fəaliyyətini yaş həddinə çatması ilə əlaqədar başa vuran Abşeron rayonu Hökməli qəsəbə tam orta ümumtəhsil məktəbinin direktoru İsmayıl Bəndəliyevi və Xızı rayonu Mikayıl Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbinin direktoru Svetlana Rüstəmovanı uzunmüddətli səmərəli fəaliyyətlərinə və təhsil sahəsində qazandıqları nailiyyətlərə görə təltif edib.
Görüşdə Regional Təhsil İdarəsinin müdir müavini Aynur Rüstəmova və idarənin sektor müdirləri də iştirak ediblər.
İlhamə Abdullayeva hər iki müəssisə rəhbərinin uzun illər ərzində təhsilin inkişafına verdikləri töhfələri yüksək qiymətləndirərək, göstərdikləri fədakar əməyə görə təşəkkürünü bildirib, onların həyatlarının yeni mərhələsində möhkəm cansağlığı, xoşbəxtlik və yeni uğurlar arzulayıb.
