Sizin reklam burada
Sizin reklam burada

Çatbotlardan müntəzəm istifadə psixoza səbəb olur - XƏBƏRDARLIQ

 Çatbotlardan müntəzəm istifadə psixoza səbəb olur - XƏBƏRDARLIQ

Alimlər xəstələrin "ChatGPT" ilə yazışmalarına əsasən çatbotların istifadəsinin psixoza səbəb olduğunu müəyyən ediblər.

Bu barədə "The Wall Street Journal" məlumat verib.

Kaliforniya Universitetinin psixiatrı Keyt Sakata bildirib ki, çatbotlar mütləq şəkildə psixoloji pozğunluqlara səbəb olmur. Lakin onlar psixi problemləri olan şəxslərin vəziyyətini kəskinləşdirirlər.

"Texnologiya yanıldıcı ola bilər. İnsan kompüterə öz xəyali reallığı haqqında danışır və kompüter bunu həqiqət kimi qəbul edərək onu əks etdirir. Beləliklə, insan bu xəyalın real olduğuna daha da əmin olur", - deyə psixiatr bildirib.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ