Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin dəstəyi və STEAM Azərbaycanın təşkilatçılığı ilə məktəblilər arasında VEX Robotics yarışlarının Respublika turnirləri təşkil olunacaq.
Yaradıcı düşüncə, problem həll etmə və komanda işini inkişaf etdirən, şagirdlərin peşə hazırlığına dəstək verən yarışlar fevral ayında keçiriləcək.
Bakı Avropa Liseyində fevralın 7-də 14–17 yaşlı məktəblilər üçün “VEX V5 Robotics Competition”, fevralın 8-də isə 10–15 yaşlı məktəblilər üçün “VEX IQ Competition” təşkil olunacaq.
Yarışda iştirak etmək istəyənlər 30 yanvar 2026-cı il tarixinədək qeydiyyatdan keçməlidirlər.
Qeydiyyat linki: ???? https://www.steam.edu.az/az/mentor/registration
❗️ Yenilənmiş qaydalarla tanış olmaq mütləqdir:
???? https://we.tl/t-lmUgBWxLTy
Qeyd edək ki, yarışların qalibləri ABŞ-də keçiriləcək VEX Robotics üzrə dünya çempionatında iştirak hüququ qazanacaqlar.
#MÜTDA #EduAz #STEAMAzerbaijan #ETN #GİN #VEXRobotics #Competition
