Sizin reklam burada
Sizin reklam burada

Eksternlər üçün aralıq imtahanları keçiriləcək

Eksternlər üçün aralıq imtahanları keçiriləcək

31 yanvar 2026-cı il tarixdə Mingəçevir şəhəri İlqar Kişiyev adına 17 nömrəli tam orta ümumtəhsil məktəbi Mingəçevir şəhəri,Ağdaş və Yevlax rayonları , Ucar rayonu Qarabörk kənd tam orta ümumtəhsil məktəbi Göyçay, Kürdəmir, Ucar, Zərdab rayonları üzrə
eksternat qaydasında müraciət etmiş uyğun namizədlər üçün aralıq imtahanı təşkil olunacaq.
İmtahan saat 11:00-da başlayacaq. İmtahan iştirakçılarının müəyyən olunmuş saatdan 1 saat əvvəl (saat 10:00) imtahan mərkəzində olmaları və gələrkən şəxsiyyəti təsdiq edən sənədin əslini və diyircəkli qələm gətirməsi vacibdir.
Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta (IX sinif) və tam orta (XI sinif) təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.
Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququ qazanacaqlar.
#MərkəziAranRTİ #EduAz #MÜTDA #İmtahan

  • Sosial şəbəkədə paylaş