Sizin reklam burada
Sizin reklam burada

Bol məhsul üçün vacib məsləhət: Bu səhvləri etməyin

Bol məhsul üçün vacib məsləhət: Bu səhvləri etməyin


Yaz aylarında giləmeyvə bitkilərinin düzgün gübrələnməsi bol məhsul əldə etmək üçün böyük əhəmiyyət daşıyır. Lakin bir çox bağban gübrə seçərkən və torpağı hazırlayarkən səhvlərə yol verir.
Bunu “Sadovody Rossii” ümumrusiya təşkilatının sədri, bağban Andrey Tumanov bildirib.
Onun sözlərinə görə, bağ sahibləri arasında ən çox istifadə olunan gübrələr müxtəlif selitra növləri və karbamiddir. Üzvi gübrələrdən, xüsusilə su ilə duruldulmuş toyuq peyinindən də istifadə etmək mümkündür. Lakin mütəxəssis qeyd edib ki, üzvi gübrələrlə işləyərkən dozanı düzgün saxlamaq çətin olduğundan ehtiyatlı olmaq lazımdır.
Tumanov bildirib ki, bitkilərin normal inkişafı üçün əsasən azot, fosfor və kalium lazımdır. Torpaqda isə ən çox azot çatışmazlığı müşahidə olunur və bu səbəbdən onu mineral gübrələrlə əlavə etmək tövsiyə edilir. Eyni zamanda bir neçə faydalı maddəni özündə birləşdirən kompleks gübrələrdən də istifadə etmək olar.
Mütəxəssis torpağın turşuluq səviyyəsinin də mühüm rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, çiyələk neytral torpaqda daha yaxşı inkişaf edir, göyəm isə bir qədər turş torpağa üstünlük verir. Torpağın pH səviyyəsi uyğun olmadıqda isə bitkilər qida maddələrini lazımi şəkildə mənimsəyə bilmir.

  • Sosial şəbəkədə paylaş