Sizin reklam burada
Sizin reklam burada

Novruz – dostluq və birlik bayramı

 Novruz – dostluq və birlik bayramı

Novruz bayramı insanların birliyini və həmrəyliyini ifadə edən ən gözəl bayramlardan biridir. Bu bayramın tarixi minilliklərə dayanır və qədim dövrlərdən bəri baharın gəlişi münasibətilə qeyd olunur.

Novruz yalnız təbiətin oyanışını deyil, həm də insanların ürəklərindəki sevinc və ümidlərin yenilənməsini simvolizə edir. Bu bayram günlərində insanlar bir-birinə daha yaxın olur, dostluq və qardaşlıq münasibətləri möhkəmlənir.

Bayram ərəfəsində evlər təmizlənir, həyətlər abadlaşdırılır, bayram süfrələri hazırlanır. Süfrədə müxtəlif şirniyyatlar və milli yeməklər düzülür. Səməni isə süfrənin əsas rəmzi kimi bolluq və bərəkəti ifadə edir.

Tonqalların qalanması, uşaqların papaq atması, bayram şənlikləri Novruzun ən maraqlı və sevilən adətlərindəndir. Bu ənənələr xalqımızın qədim mədəniyyətinin yaşadığını göstərir.

Novruz bayramı münasibətilə hər birinizi ürəkdən təbrik edir, həyatınıza sevinc, ailələrinizə xoşbəxtlik və süfrələrinizə bolluq arzulayırıq. Novruz bayramınız mübarək!

Rahim Novruzov
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir müavini

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ