Sizin reklam burada
Sizin reklam burada

Novruz – həmrəylik bayramı

Novruz – həmrəylik bayramı

Novruz bayramı yalnız təbiətin oyanışı deyil, həm də insanların birliyini və həmrəyliyini göstərən xüsusi bir bayramdır. Bu bayramın tarixi min illərlə ölçülür və qədim dövrlərdən bəri xalqımız tərəfindən böyük sevgi ilə qeyd olunur.

Novruz ərəfəsində insanlar evlərini təmizləyir, həyətlərini abadlaşdırır və bayram süfrəsi hazırlayırlar. Bayram süfrəsi bolluq və bərəkətin rəmzi sayılır. Paxlava, şəkərbura, qoğal və digər milli şirniyyatlar süfrənin əsas bəzəyi olur.

Bayram günlərində tonqallar qalanır və insanlar tonqalın üzərindən tullanaraq köhnə ilin çətinliklərindən qurtulmağı arzulayırlar. Uşaqlar papaq atır, qapılardan şirniyyat və hədiyyələr toplayırlar. Bu adətlər Novruz bayramının şən və rəngarəng keçməsinə səbəb olur.

Novruz həm də insanları bir-birinə yaxınlaşdıran bayramdır. Qohumlar və dostlar bir araya gəlir, bayram sevincini birlikdə paylaşırlar.

Novruz bayramı münasibətilə hər birinizi ürəkdən təbrik edir, sizə möhkəm can sağlığı, ailə səadəti və firavan həyat arzulayırıq. Qoy bahar hər kəsə yeni ümidlər və uğurlar gətirsin!

Eyyub Musayev,
İsmayıllı rayon İcra Hakimiyyətinin başçısının müavini

  • Sosial şəbəkədə paylaş