Sizin reklam burada
Sizin reklam burada

Vətəndaşlara “AzParking” adından saxta bildirişlər göndərilir - Xəbərdarlıq

Vətəndaşlara “AzParking” adından saxta bildirişlər göndərilir - Xəbərdarlıq


Son günlər xarici nömrələrdən “AzParking”in adından ödənilməmiş parklanma haqları ilə bağlı saxta bildirişlər göndərilir.

Bu barədə “AzParking”dən məlumat verilib.

İstifadəçilərdən naməlum nömrələrdən daxil olan parklanma borcu ilə bağlı mesajlara etibar etməmələri və şübhəli linklərə daxil olmamaları xahiş olunur.

Bildirilib ki, 1181 qısa nömrəsi istisna olmaqla, parklanma ödənişləri ilə bağlı digər nömrələrdən göndərilən bildirişlər etibarsızdır.

Vətəndaşlara “AzParking” adından saxta bildirişlər göndərilir - Xəbərdarlıq

  • Sosial şəbəkədə paylaş