Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinə 2024/2025-ci tədris ili üzrə şagirdlərin növbəti imtahan mərhələsi başlanıb.
Bu il vətəndaşların rahatlığı üçün ilk dəfə olaraq imtahanlar mərkəzləşdirilmiş şəkildə həyata keçirilir.
20-30 iyun tarixlərini əhatə edən imtahan mərhələsi Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi üzrə 8 imtahan komissiyası (Mingəçevirdə 2, Ağdaşda 1, Göyçayda 1, Kürdəmirdə 1, Ucarda 1, Yevlaxda 1, Zərdabda 1) tərəfindən aparılır.
İyunun 20-dən başlayaraq ilk dəfə vahid elektron qəbul sistemi ilə qeydiyyatdan keçmiş namizədlər əyani şəkildə reallaşan qəbul imtahanlarında iştirak edirlər.
İyunun 20-də Regional İdarə üzrə 372 nəfər qeydiyyatdan keçmiş namizəd imtahanda iştirak etmişdir.
İmtahan prosesində şagirdlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Regional İdarə tərəfindən bütün zəruri tədbirlər görülmüşdür.
Qeyd edək ki, imtahanın nəticəsi barədə bütün imtahanlar yekunlaşdıqdan sonra 3 (üç) iş günü ərzində şəxsi kabinet, elektron poçt və ya SMS məlumatlandırma xidməti vasitəsilə namizədə (18 yaşa çatmayanların valideyninə və ya qanuni nümayəndəsinə) bildiriş göndəriləcək.
