Sizin reklam burada
Sizin reklam burada

Gəncədə 18 minlik qızıl oğurlayan şəxs saxlanıldı

Gəncədə 18 minlik qızıl oğurlayan şəxs saxlanıldı


Gəncə şəhər ərazisində yerləşən mənzillərin birindən dəyəri 18 min manat olan qızıl-zinət əşyaları oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polisin həyata keçirdiyi tədbirlərlə əməli törədən, həmin mənzildə usta işləyən Ç.Nəcəfov müəyyən edilərək saxlanılıb. Onun oğurladığı qızıl-zinət əşyalarını satdığı məlum olub.

Araşdırma davam etdirilir.

  • Sosial şəbəkədə paylaş