Sizin reklam burada
Sizin reklam burada

Estoniya əhalisi Rusiyaya axın edir: Sərhəddə böyük növbə yaranıb - Nə baş verir?

Estoniya əhalisi Rusiyaya axın edir: Sərhəddə böyük növbə yaranıb - Nə baş verir?



Estoniya vətəndaşları ucuz yerli mağazalardan alış-veriş etmək üçün Rusiya sərhədində böyük növbələrə düzülüblər.

Bu barədə “Shot” Telegram kanalı məlumat yayıb.

Estoniyalıların ərzaq və texnologiyanın ucuz olması səbəbindən Rusiyaya axın etdiyi vurğulanır. Narva sərhəd keçidində yerli sakinlər hətta növbə gözləmə xidmətlərini təklif etməyə başlayıblar - saatda 10 avro.

Bununla belə, Rusiya Federasiyası ərazisində lazımi əşyalar aldıqdan sonra sərhədçilərin onları müsadirə etməməsi üçün sakinlər paltarların etiketlərini qoparır və yeni smartfonlarla şəkil çəkdirir ki, onları işlənmiş kimi göstərsinlər.

Mövcud vəziyyət fonunda Estoniyanın daxili işlər naziri İqor Taro Rusiya ilə sərhədi bağlamağa çağırıb.

Bildirilir ki, estoniyalılar Rusiya mallarını öz ölkələrində ikiqat baha qiymətə satırlar.

  • Sosial şəbəkədə paylaş