Sizin reklam burada
Sizin reklam burada

Yanvar-aprel aylarında DSMF-nin xərcləri 13 faiz və ya 237 mln. manat artaraq 2 mlrd. manatdan çox olub

Yanvar-aprel aylarında DSMF-nin xərcləri 13 faiz və ya 237 mln. manat   artaraq 2 mlrd. manatdan çox olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin yanvar-aprel aylarında proqnozla müqayisədə 6 faiz və ya 116 mln. manat çox olmaqla 2 mlrd. 118 mln. manat təşkil edib.

Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları artmaqda davam edib. Bu daxilolmalar yanvar-aprel aylarında proqnoza nisbətən 8 faiz və ya 116 mln. manat artaraq 1 mlrd. 625 mln. manat olub.

Son 4 ayda DSMF-nin xərcləri isə ötən ilin müvafiq dövrünə nisbətən 13 faiz və ya 237 mln. manat artaraq 2 mlrd. 003 mln. manata çatıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ