Sizin reklam burada
Sizin reklam burada

Ukrayna ordusu son sutkada Rusiyanın 1140 hərbçisini, 61 raketini, 19 artilleriya sistemini məhv edib

Ukrayna ordusu son sutkada Rusiyanın 1140 hərbçisini, 61 raketini, 19 artilleriya sistemini məhv edib
Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 136 880 nəfər canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 267 tank, 6 474 zirehli maşın, 2 270 artilleriya sistemi, 463 reaktiv yaylım atəşi sistemi, 234 hava hücumundan müdafiə sistemi, 295 təyyarə, 286 helikopter, 1 997 PUA, 857 qanadlı raket, 18 gəmi/qayıq, 5 134 avtomobil texnikası və avtosistern, 214 xüsusi texnikadan ibarətdir.

  • Sosial şəbəkədə paylaş