Sizin reklam burada
Sizin reklam burada

Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?

Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?

Ukrayna avqust ayında apardığı əməliyyat zamanı Kursk vilayətində nəzarət etdiyi ərazinin 40%-dən çoxunu itirib.

Bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, bu, rus qoşunlarının təşkil etdiyi əks-hücum dalğaları fonunda baş verib.

"Təxminən 1376 kvadrat kilometr ərazini nəzarətdə saxlayırdıq, indi Rusiya əks-hücumlarını gücləndirir. Hazırda Ukrayna Silahlı Qüvvələri təxminən Rusiyanın 800 kvadrat kilometr ərazisini nəzarətdə saxlayır", - Ukrayna Baş Qərargahındakı mənbə bildirib.

  • Sosial şəbəkədə paylaş