Bu barədə “Financial Times” nəşri Ukrayna və Qərb rəsmilərinə istinadən məlumat yayıb.
Nəşrin mənbələri hesab edir ki, Tramp və Putin qarşıdan gələn iki əsas tarixdən birində atəşkəsi təmin etməyə çalışacaq: bunlardan biri aprelin 20-də qeyd ediləcək Pasxa bayramıdır, digəri isə 9 may qələbə günüdür.
“Putin belə bir mühüm günü qeyd etmək istərdi”, - adı açıqlanmayan Ukrayna rəsmisi bildirib.
