Bu barədə Danimarka Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Ukraynada humanitar vəziyyət hələ də ağır olaraq qalır. BMT-nin məlumatına görə, 13 milyon ukraynalının humanitar yardıma ehtiyacı var.
2022-ci ilin fevral ayından Danimarka hakimiyyəti Kiyevə 7,2 milyard avro hərbi yardım və ölkənin humanitar dəstək və yenidən qurulması üçün təxminən 709 milyon avro göndərib.
Fevralın 21-də Danimarkanın baş naziri Mette Frederiksen deyib ki, ABŞ “sülhü qorumaq” üçün Ukraynaya qoşun yeritməlidir.
Fredrikson Rusiyanı Ukraynada sülh əldə etmək istəməməkdə ittiham edib .
