Sizin reklam burada
Sizin reklam burada

Zelenski Ağ Evdəki fiaskoya görə üzr istəməlidir - Rubio

Zelenski Ağ Evdəki fiaskoya görə üzr istəməlidir - Rubio


Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Tramp və vitse-prezident J.D.Venslə görüşü “onun üçün fiaskoya” çevirdiyi iddiasına görə üzr istəməlidir.

Bu barədə ABŞ dövlət katibi Marko Rubio CNN telekanalına müsahibəsində bildirib.

O, Zelenskinin Rusiya ilə müharibəni faktiki olaraq bitirmək niyyətinə şübhə etdiyini bildirib. "Onun (Zelenski - red.) ora gedib antaqonist olmağa ehtiyacı yox idi”, - deyə Rubio bildirib.

Amerika diplomatiyasının rəhbəri həmçinin qeyd edib ki, Zelenski sülh razılaşmasını istəməyə bilər: “İstədiyini deyir, amma ola bilsin ki, istəmir".

Rubio bu andan etibarən görüşün "plana uyğun getmədiyini" söyləyib. "Sülhə nail olmaq üçün səylərin bu aktiv, açıq şəkildə sarsıdılması onlarla ünsiyyətdə iştirak edən hər kəsi son dərəcə məyus edir. Düşünürəm ki, o, belə başa çatan görüşə vaxt itirdiyinə görə üzr istəməlidir", - dövlət katibi qeyd edib.

  • Sosial şəbəkədə paylaş