Sizin reklam burada
Sizin reklam burada

Pakistan prezidenti xəstəliyə yoluxdu

Pakistan prezidenti xəstəliyə yoluxduPakistan Prezidenti Asif Əli Zərdari COVID-19-a yoluxub.

Bunu "Geo TV" telekanalı siyasətçinin həkimi Asim Hüseynə istinadən bildirib.

Həkimin sözlərinə görə, Zərdarinin COVID-19 testi müsbət çıxıb və o təcrid olunub.

"Prezidentin səhhəti ilə əlaqədar onunla bütün görüşlər qəti qadağan edilib", - deyə Hüseyn vurğulayıb. O əlavə edib ki, prezidentin vəziyyətinə gecə-gündüz tibbi komanda nəzarət edir.

Xatırladaq ki, ötən gün Pakistan prezidenti Kəraçi şəhərindəki xəstəxanaya yerləşdirilib.

  • Sosial şəbəkədə paylaş