Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin xilasetmə xidməti məlumat yayıb.
Yenilənmiş məlumatlara görə, yeraltı təkanların episentri Qafan şəhərindən şimal-şərqdə, Sünik rayonu ərazisində yerləşib. Mənbə 10 kilometr dərinlikdə yerləşib.
Episentrdə zəlzələnin gücü 4 bala çatıb, Qafanın özündə zəlzələ 2-3 bal səviyyəsində hiss olunub.
