Bu bəyanatla Pakistan İslam Respublikasının İnformasiya və Yayım naziri Attaullah Tarar çıxış edib.
Nazirin sözlərinə görə, Pakistan hakimiyyəti Hindistanın Pahalqam hadisəsindən saxta bəhanə kimi istifadə edərək, yaxın 24-36 saat ərzində hərbi zərbə endirmək niyyətində olduğuna dair etibarlı məlumatlara malikdir.
Tarar vurğulayıb ki, Pakistan istənilən təcavüz aktına qəti cavab verəcək.
Aprelin 29-da Cammu bölgəsin Hindistan və Pakistan qoşunları arasında ataışma başladığı bildirilib.
Aprelin 22-də Hindistanın şimalındakı Cammu və Kəşmir bölgəsində terror aktı baş verib. Baysaran vadisində cığırla çıxan turistlərə silahlılar pulemyotlardan atəş açıblar.
