Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında bildirib.
O, Zelenskinin Kiyevin mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradına hücum planlarına eyham vurmasını belə şərh edib.
“Canlı efirdə sözün əsl mənasında terror aktları planlaşdırdığı halda, Kiyev tərəfindən hansı “barışıqdan” danışmaq olar?” - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi deyib.
"Zelenski və onun ekstremist dəstəsi sülh səylərinə zərbə vurur. Hətta bununla öyünürlər. Əslində klassik terrorçular belə edir", - diplomat yekunlaşdırıb.
Zelenski videomüraciətində bildirib ki, Rusiya davam edən hərbi əməliyyatlardan narahat olmalı və qeyd-şərtsiz və tam atəşkəsə razı olmalıdır. "İndi onlar paradlarının sual altında olduğundan narahatdırlar və narahat olmaqda haqlıdırlar", - Ukrayna lideri deyib.
