Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsi yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi "X" sosial şəbəkəsində məlumat yayıb.
"İsrailin baş naziri Binyamin Netanyahunun mayın 8-də Azərbaycana səfəri üçün Türkiyə hava məkanının açılması ilə bağlı qətiyyən heç bir razılıq yoxdur. Türkiyə hava məkanını İsrail təyyarələri üçün bağlayıb", - deyə məlumatda bildirilir.
Mərkəz əlavə edib ki, səmanı bağlamaq qərarı İsrailin Qəzza zolağı ilə bağlı siyasəti ilə əlaqədar verilib. Eyni zamanda Türkiyə Fələstinə dəstəyini davam etdirəcək.
