Analitiklər sözügedən hücumların qarşıdakı günlərdə daha da artma riski ilə bağlı xəbərdarlıq ediblər.
Amerikalı xarici siyasət eksperti Maykl Kuqelman “X” platformasındakı yazısında bu məsələyə toxunub: "Hindistanın hücumları 2019-cu ildəkindən daha böyük miqyasdadır. Pakistanın cavabı da eyni dərəcədə sərt olacaq. Tərəflər 2019-cu il böhranının hər hansı digər nöqtəsindən daha təhlükəli vəziyyətdədirlər”.
Pakistanın keçmiş xarici işlər naziri Hina Rabbani Xar “Dawn” qəzetinə verdiyi açıqlamada Hindistanın beynəlxalq hüquqa məhəl qoymadığını söyləyib: "Pakistanın bu təcavüzkar qonşuya cavab vermək hüququ və gücü var."
Ekspertlər nüvə enerjisinə malik iki ölkə arasında gərginliyin sürətlə artması riskinə diqqət çəkərək beynəlxalq ictimaiyyəti tədbir görməyə çağırıblar.
