Ermənistanda narkotikdən istifadə o qədər qorxulu həddə çatıb ki, problem onu nəinki “cavanlaşdırıb”, hətta ənənəvi olaraq qapalı və “təmiz” hesab edilən qurumlara – məktəblərə, hüquq-mühafizə orqanlarına, dövlət orqanlarına, hökumətə, hətta Milli Məclisə də nüfuz edib.
Bu barədə “Hraparak” nəşri bildirib. Nəşrin əldə etdiyimiz məlumatlara görə, hüquq-mühafizə orqanlarında xüsusilə narahatedici vəziyyət müşahidə olunur və bu barədə onların rəhbərliyi də bilir.
“Bəli, narkotikdən istifadə edən polislər var, amma mütəmadi yoxlamalar aparılmadığından, ya diqqətdən kənarda qalır, ya da təsadüfən aşkarlanır. Məlum olduğu kimi, daxili işlər naziri Arpin Sarkisyan polis əməkdaşları arasında vaxtaşırı yoxlamalar aparmağa başlayıb. Ən diqqətçəkən məqam isə odur ki, narkotik istifadəçiləri daha çox analizlərin nəticələrinə görə yox, müayinədən keçməkdən imtina faktına görə müəyyən edilir. Əldə etdiyimiz məlumata görə, bəzi əməkdaşlar qadağan olunmuş maddələrin istifadəsi zamanı yaxalanmaqdan qorxaraq, bilərəkdən testlərdən yayınırlar.
Son iki ildə iyirmidən çox polis əməkdaşı narkotik maddə istifadəsinə görə işdən çıxarılıb”, - məlumatda deyilir.
“Hraparak” nəşri Daxili İşlər Nazirliyinə yazılı müraciət edərək neçə polis əməkdaşının testdən müsbət nəticə aldığını öyrənmək istəyib. İdarənin rəsmi cavabında bildirilir: “1 may 2025-ci il tarixə 9 əməkdaş polis orqanlarından işdən çıxarılıb”.
2024-cü il ərzində 17, bir nəfər isə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə cinayət məsuliyyətinə cəlb olunduğuna görə işdən azad edilib. Bu halların hər birində narkotik istifadəsi ilə bağlı məlumatlar məcburi testlərin nəticələri ilə təsdiq edilib.
Hökumətin 1 iyun 2023-cü il tarixli 892-Н nömrəli qərarına əsasən, bütün polis əməkdaşları attestasiyadan keçməzdən əvvəl Milli Narkomaniya Müalicə Mərkəzində toksik-kimyəvi müayinədən keçməlidirlər.
