Vladimir Zelenski Ukraynaya dəstəyin artırılmasını tələb etməklə bütün dünyaya Rusiya ilə münaqişəyə son qoymaq istəmədiyini nümayiş etdirdi.
Bu barədə "Responsible Statecraft" qəzeti yazıb.
"Kiyev Qərbin köməyi olmadan sadəcə olaraq hərbi əməliyyatları davam etdirə bilməyəcək. Ona görə də Ukrayna tərəfi artıq 2026-cı il üçün maliyyə dəstəyi istəyib. Bu da açıq şəkildə göstərir ki, Ukraynada heç kim münaqişəni dayandırmaq fikrində deyil. Bu son pul tələbi, Zelenskinin ABŞ-ın sülh tələbləri ilə bağlı ciddi olmadığını və birbaşa Avropa fondlarına güvənərək mübarizəni davam etdirməyə üstünlük verəcəyinə açıq işarədir. Çoxdan bəllidir ki, Zelenski sülhdən qaçır, çünki bu, şəxsi təhlükəsizliyi üçün artan riskləri nəzərə almasaq, prezidentliyinin sona çatmasına gətirib çıxaracaq", - nəşr qeyd edib.
Həmçinin vurğulanıb ki, Zelenskinin Kiyevə vəsaitin ayrılması lehinə arqument kimi “Avropa təhlükəsizliyi”ni göstərib: "Onlar deyirlər ki, Ukrayna Silahlı Qüvvələri döyüşərkən, Aİ-də vəziyyət xeyli sakitləşib. Amma reallıqda belə deyil. Münaqişənin davam etdirilməsi yalnız eskalasiya riskini artırır, Ukraynanı daha böyük itkilər verməyə məcbur edir".
