Sizin reklam burada
Sizin reklam burada

Rusiya 1200 ukraynalının cəsədini geri qaytarıb

Rusiya 1200 ukraynalının cəsədini geri qaytarıbUkrayna Silahlı Qüvvələrinin hərbçiləri də daxil olmaqla, həlak olmuş daha 1200 ukraynalının cəsədi Ukraynaya gətirilib.

Bu barədə RBC-Ukrayna Hərbi Əsirlərin Mübadiləsi üzrə Koordinasiya Qərargahına istinadən məlumat yayıb.

"Görülən repatriasiya tədbirləri nəticəsində 1200 nəfərin cəsədi Ukraynaya qaytarılıb", - qərargahdan bildirilib.

Rusiya tərəfinin məlumatına görə, meyitlər Ukrayna vətəndaşlarına, xüsusən də hərbçilərə məxsusdur.

  • Sosial şəbəkədə paylaş