Sizin reklam burada
Sizin reklam burada

ABŞ Nüvə Təhlükəsizliyi İdarəsi SINDIRILDI

ABŞ Nüvə Təhlükəsizliyi İdarəsi SINDIRILDI


ABŞ Milli Nüvə Təhlükəsizliyi İdarəsi (NNSA) sındırılıb.

Bu barədə "Bloomberg" mənbəyə istinadla məlumat yayıb.

Mövcud məlumata görə, təcavüzkarlar məxfi məlumatlara giriş əldə edə bilməyiblər. ABŞ Energetika Nazirliyi haker hücumunun departamentə minimal təsir göstərdiyini və hazırda mütəxəssislərin təsirlənmiş sistemləri bərpa etdiyini bildirib.

"Bloomberg"in məlumatına görə, hakerlər həmçinin ABŞ Təhsil Nazirliyinə, bir sıra dövlət səviyyəli agentliklərə və Avropa və Yaxın Şərq hökumətlərinə məxsus sistemlərə ziyan vurublar.

"Microsoft", hücumların Çinlə əlaqəli olduğu iddia edilən "Linen Typhoon" və "Violet Typhoon" qrupları tərəfindən həyata keçirilə biləcəyini söyləyib.

İyulun 21-də "Microsoft"un "SharePoint" proqram təminatındakı boşluq səbəbindən ABŞ dövlət qurumlarına və Amerika şirkətlərinə qarşı kiberhücumun həyata keçirildiyi bildirilib.

Bundan əvvəl isə "Microsoft"a haker hücumunda Çin serverinin əli olduğu bildirilib.

  • Sosial şəbəkədə paylaş