İstanbul-Moskva reysi ilə uçan sərnişin Türkiyə vətəndaşlarını təhqir etdiyi üçün təyyarədən endirilib.
Bu barədə “Ostroqono Novosti” məlumat yayıb.
Hadisə Türk Hava Yollarına məxsus təyyarənin göyərtəsində baş verib.
Məlumata görə, sərnişinlərdən biri Türkiyə vətəndaşlarını “çurka” adlandırıb. Bu kabinədə oturan qadının xoşuna gəlməyib və o, həmin şəxsi irqçilikdə və ksenofobiyada ittiham edib.
Bundan sonra mübahisəyə digər sərnişinlər də qoşulublar.
"Sonda aviaşirkətin əməkdaşları polis çağırıb və münaqişə iştirakçıları təyyarədən çıxarılıb", - nəşr yazır.
