Son illərdə dünyada “4 gün iş - 3 gün istirahət” modeli geniş müzakirə olunur. Bu sistem artıq Kanada, Avstraliya, Belçika, Böyük Britaniya və Almaniyada sınaqdan keçirilib. Polşada isə iyulun 1-dən qüvvəyə minib.4 günlük iş rejiminə keçmiş ölkələrdən 141 şirkətlə tədqiqat aparılıb.
Tədqiqatın nəticələrinə görə, 4 günlük iş rejimində çalışan işçilər daha çox fiziki aktivlik göstərib, onlar özlərini sevincli və məhsuldar hiss ediblər. Həmçinin, peşə məmnuniyyəti və korporativ aidiyyət hissi artıb, xəstəlik məzuniyyətləri azalıb. İşəgötürənlər isə daxili xərclərə qənaət edərək gəlir əldə ediblər.
Mütəxəssislər bildirirlər ki, bu model Avropa ölkələrində iş-həyat balansını daha yaxşı təmin edib.
Avropa Statistika İdarəsinin məlumatına görə, Avropada həftəlik orta iş saatı 36 olsa da, Türkiyədə bu rəqəm 43,1-dir və qitədə ən yüksək göstəricidir. Mütəxəssislərin fikrincə, Türkiyədə bu sistemin tətbiqi hələlik real görünmür.
Qeyd edək ki, araşdırma “Nature” jurnalında dərc olunub.
