Sizin reklam burada
Sizin reklam burada

Arxivdə iki mindən çox UNO hadisəsi var imiş...

Arxivdə iki mindən çox UNO hadisəsi var imiş...


ABŞ hökuməti uçan naməlum obyektlər (UNO) barədə məlumatların açıqlanmasına daha ciddi yanaşsa da, bu mövzuda akademik araşdırmalar hələ də azdır.
Naməlum anomal hadisələr üzrə tədqiqatçı Darrell Evans "Live Science" saytına bildirib ki, hökumətin diqqəti artsa da, universitetlər və elmi qurumlar UNO ilə bağlı araşdırmalara aktiv qoşulmur.
ABŞ Prezidenti Donald Tramp 2026-cı ilin fevralında Pentaqona və digər qurumlara UNO ilə bağlı hökumət sənədlərini açıqlamağı tapşırıb.
Pentaqonun bu hadisələri araşdıran AARO qurumunun bazasında 1945-ci ildən bəri qeydə alınmış 2 mindən çox hadisə var və məlumatların çoxu hərbçilər və pilotlardan daxil olub.
Sorğular göstərir ki, bir çox alim mövzunun əhəmiyyətini qəbul etsə də, karyeralarına zərər verə biləcəyindən ehtiyat edərək bu sahədən uzaq durur.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ