Dekabrın 22-də 2024-2025-ci tədris ili üçün Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsi təşkil olunub. Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində 5 mərkəz üzrə ümumilikdə 2306 nəfər şagird müsabiqədə iştirak edib.
Qeyd edək ki, respublika fənn olimpiadaları ümumi təhsil müəssisələrinin 8, 9, 10 və 11-ci sinifləri arasında Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, tarix, coğrafiya, biologiya, informatika, fizika və kimya fənləri üzrə xüsusi istedada malik olan şagirdləri aşkarlamaq, onların bilik və bacarıqlarını qiymətləndirmək, məktəblilərin həmin fənlərə olan maraqlarını artırmaq məqsədilə hər tədris ilində bir dəfə olmaqla keçirilən bilik yarışıdır.
Olimpiadada iştirak edən bütün şagirdlərimizə uğurlar arzu edirik !
#MÜTDA #EduAz #DağlıqŞirvanRTİ #RFO
