Sizin reklam burada
Sizin reklam burada

Bakıda daha bir polis faciəli şəkildə öldü - FOTO

Bakıda daha bir polis faciəli şəkildə öldü - FOTO


Xəbər verdiyimiz kimi Səbail rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Fevralın 4-də saat 2 radələrində Neftçilər prospektində Gəncə şəhər sakini Vüsal İsmayılov idarə etdiyi "Suzuki" markalı motosikleti yolun kənarındakı ağaca vurub. Xəsarət alan sürücü ölüb.

APA-nın əldə etdiyi məlumata görə hadisə nəticəsində ölən Vüsal İsmayılov Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Müşayiət Bölüyünün əməkdaşı olub.

Polis serjantı Vüsal İsmayılov bu gün dəfn edilib.

Qeyd edək ki, V.İsmayılovun qəza törətdiyi motosiklet şəxsi nəqliyyat vasitəsi olub.
Bakıda daha bir polis faciəli şəkildə öldü - FOTO

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ