Sizin reklam burada
Sizin reklam burada

İranda daha 57 nəfər koronavirusdan öldü

İranda daha 57 nəfər koronavirusdan öldü

İranda koronavirusa yoluxanların sayı artıb.

Bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur məlumat verib.

Onun sözlərinə görə, ölkədə daha 1 787 nəfərdə koronavirus aşkarlanıb. Bununla da İranda yoluxma faktlarının sayı 139 511-ə çatıb.

K.Cahanpur bildirib ki, ölkədə koronavirusdan ölənlərin sayı daha 57 nəfər artaraq 7 508 nəfərə yüksəlib.

O, həmçinin 2 567 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulayıb.

Bundan başqa, indiyədək 109 437 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb./report/

  • Sosial şəbəkədə paylaş