Sizin reklam burada
Sizin reklam burada

Netanyahu təkzib etdi, “Haaretz”i məhkəməyə verir

Netanyahu təkzib etdi, “Haaretz”i məhkəməyə verir


İsrailin Baş naziri Benyamin Netanyahu BƏƏ Prezidenti Məhəmməd bin Zayedin 7 oktyabr 2023-cü il tarixindən təxminən 10 gün əvvəl Yəhya Sinvarın İsrailə qarşı böyük əməliyyat hazırladığı barədə xəbərdarlıq etdiyi məlumatını təkzib edib.

Bu barədə Netanyahu özü deyib.

Bildirilib ki, baş nazir həmçinin vəkillərinə "Haaretz" qəzeti və onun müxbiri Şlomi Eldarı məhkəməyə vermələri barədə göstəriş verib.

Netanyahu qeyd edib ki, 2023-cü ilin sentyabr ayının əvvəlləri ilə oktyabrın 7-də baş verən işğal arasında onunla BƏƏ prezidenti arasında heç bir telefon danışığı olmayıb.

O iddia edir ki, belə bir danışıq baş versəydi, bununla bağlı aydın sənədləşmə mövcud olardı. Lakin Baş nazirlik ofisinin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı belə bir sənəd aşkarlanmayıb.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ