
Bu gün Mingəçevir şəhərinin təhsil ictimaiyyətinin tanınmış nümayəndələrindən biri, Mingəçevir Şəhər Texniki Humanitar Liseyinin direktoru Nailə Məmmədovanın doğum günüdür.
Nailə Məmmədova uzun illərdir təhsil sahəsində göstərdiyi səmərəli fəaliyyəti, yüksək idarəçilik bacarığı, peşəkarlığı və kollektivlə düzgün münasibət qurmaq xüsusiyyəti ilə seçilir. Onun rəhbərlik etdiyi təhsil müəssisəsində şagirdlərin bilik və bacarıqlarının artırılması, onların müasir dövrün tələblərinə uyğun yetişdirilməsi və təhsilə marağının gücləndirilməsi istiqamətində aparılan işlər xüsusi əhəmiyyət daşıyır.

Təhsil yalnız bilik verməkdən ibarət deyil. Gənc nəslin düzgün istiqamətləndirilməsi, onların vətənpərvər, dünyagörüşlü, savadlı və cəmiyyətə faydalı şəxsiyyət kimi formalaşması böyük məsuliyyət tələb edir. Bu baxımdan məktəb rəhbərinin üzərinə düşən vəzifə olduqca əhəmiyyətlidir. Nailə Məmmədova da öz fəaliyyəti ilə bu məsuliyyəti layiqincə daşıyan təhsil rəhbərlərindən biri kimi diqqət çəkir.
Onun rəhbər kimi əsas üstünlüklərindən biri kollektivdə işgüzar və sağlam mühitin formalaşdırılmasına, müəllimlərin fəaliyyətinin dəstəklənməsinə və tədris prosesinin keyfiyyətinin yüksəldilməsinə xüsusi diqqət yetirməsidir. Şagirdlərin uğurlarının, müəllimlərin əməyinin və təhsil müəssisəsinin inkişafının ön planda tutulması onun rəhbərlik fəaliyyətinin əsas istiqamətlərindəndir.
Nailə Məmmədovanın simasında təhsilə bağlılıq, məsuliyyət, prinsipiallıq və insanlara hörmət kimi mühüm keyfiyyətlər özünü göstərir. Belə insanların fəaliyyəti yalnız çalışdıqları müəssisə ilə məhdudlaşmır, bütövlükdə cəmiyyətin gələcəyinə xidmət edir. Çünki bu gün yetişdirilən hər bir savadlı və tərbiyəli gənc Azərbaycanın sabahının qurucusudur.
Bu əlamətdar gündə Nailə Məmmədovanı doğum günü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, ailə səadəti, uzun ömür, fəaliyyətində yeni uğurlar və rəhbərlik etdiyi təhsil ocağının inkişafı yolunda bol-bol nailiyyətlər arzulayırıq.
Hörmətli Nailə xanım, doğum gününüz mübarək! Yeni yaşınız Sizə və doğmalarınıza sevinc, xoşbəxtlik, firavanlıq və gözəl günlər gətirsin. Qarşıdakı fəaliyyətinizdə daim uğurlar qazanasınız, əməyiniz hər zaman layiqincə qiymətləndirilsin. Sizə uzun ömür, möhkəm cansağlığı və tükənməz enerji arzulayırıq. Ad gününüz mübarək olsun!
Yusif Məhəmmədoğlu,
AYB və AJB-nin üvvi, Prezident təqaüdçüsü,
Xəbərlər İnformasiya Agentliyinin Baş redaktoru
