Sizin reklam burada
Sizin reklam burada

Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: Bu iki üsulun faydası sübut olunmayıb

Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: Bu iki üsulun faydası sübut olunmayıb


Uzunömürlülük üçün tövsiyə edilən iki məşhur üsulun - yalnız ətlə qidalanmaq və buz kimi soyuq suya girmək vərdişlərinin faydası elmi cəhətdən təsdiqlənməyib.

Bu barədə molekulyar bioloq və hüceyrə qocalması üzrə mütəxəssis Nikola Konlon “The Telegraph” qəzetinə açıqlamasında bildirib.

Ekspertin sözlərinə görə, yalnız ət məhsullarından ibarət sərt pəhrizin ömrü uzatdığını təsdiqləyən inandırıcı elmi sübutlar yoxdur. Belə qidalanma orqanizmi lifdən və C vitamini də daxil olmaqla bir sıra vacib qida maddələrindən məhrum edə bilər.

Konlon qeyd edib ki, uzunömürlülüyü ilə seçilən bölgələrdə insanların ənənəvi qida rasionunda adətən bitki mənşəli məhsullar geniş yer tutur.

Mütəxəssis buzlu suya girməyin faydalarının da şişirdilməməsinə çağırıb. Onun sözlərinə görə, soyuq su orqanizmdə stress reaksiyası yaradır və potensial olaraq stresə davamlılığı artıra bilən fizioloji prosesləri işə salır. Lakin insanlarla aparılan tədqiqatlar bu vərdişin ömrü uzatdığını təsdiqləmək üçün hələ kifayət deyil.

Konlon bildirib ki, bəzi araşdırmalarda soyuq suya girməyin stress səviyyəsini azaltması və yuxunu yaxşılaşdırması ehtimalı göstərilsə də, nəticələr birmənalı deyil.

Ekspertin fikrincə, buzlu su vannalarını uzunömürlülüyün elmi cəhətdən sübut olunmuş vasitəsi hesab etmək hələ tezdir. Bu vərdişin sağlamlığa uzunmüddətli təsirini müəyyənləşdirmək üçün əlavə tədqiqatlara ehtiyac var.

  • Sosial şəbəkədə paylaş