Sizin reklam burada
Sizin reklam burada

2026-cı ilin sözü bəlli oldu

2026-cı ilin sözü bəlli oldu


"Dictionary.com" onlayn lüğəti "maxxing" ifadəsini 2026-cı ilin sözü elan edib.

Bu termin hər hansı sahədə mümkün olan ən yüksək nəticəyə nail olmaq və potensialı maksimum səviyyəyə çatdırmaq cəhdini ifadə edir.

"Maxxing" sözü əsasən digər sözlərlə birlikdə işlədilir. Məsələn, "looksmaxxing" insanın xarici görünüşünü mümkün qədər yaxşılaşdırmağa çalışmasını, "moneymaxxing" isə gəlirlərini və maliyyə imkanlarını maksimum artırmaq məqsədini bildirir.

Termin müxtəlif sahələrə uyğunlaşdırıla bilir. Bunun üçün "maxxing" ifadəsinin əvvəlinə müvafiq söz əlavə olunur.

  • Sosial şəbəkədə paylaş