Sizin reklam burada
Sizin reklam burada

Litvada Gürcüstanın adı dəyişdi - RƏSMİ

Litvada Gürcüstanın adı dəyişdi - RƏSMİ


Litva dili üzrə Dövlər Komissiyası bu ölkədə rəsmi olaraq Gürcüstanın adının dəyişdirilməsi ilə bağlı qərar qəbul edib.

“Sputnik Litva”-nın məlumatına əsasən, bundan sonra qonşu ölkə Litvada "Sakartvelo" adlandırılacaq.

“Dövlətlərin rəsmi adı” bölməsindən “Gürcüstan” adı çıxarılsın və “Sakartvelo” adı ilə əvəz olunsun”, - Komissiya sədri Audris Antanaytis tərəfindən imzalanan müvafiq qərarda belə deyilir.

Xatırladaq ki, hələ 2018-ci ildə Litva dili üzrə Dövlər Komissiyası bu ölkədə Gürcüstanın və onun sakinlərinin alternativ adlarını “Sakartvelo” və “sakartvellər” kimi təsdiq edib. Lakin rəsmi sənədlərdə Gürcüstanın adı olduğu kimi saxlanılmışdı.

  • Sosial şəbəkədə paylaş