
Ukrayna Prezidenti Volodimir Zelenski Respublikaçılar Partiyasından olan ABŞ Senatının üzvü Lindsi Qremin ölümünə reaksiya verib.
O, bununla bağlı Telegram kanalında paylaşım edib. Siyasətçi Qrem ilə ölümündən bir müddət öncə iki dəfə görüşməsini xatırlayıb.
Ukrayna liderinin sözlərinə görə, bu xəbər onu dərindən kədərləndirib.
"Biz daim dialoqda idik və mən onun üçün darıxacağam. Təkcə son bir həftə ərzində iki dəfə görüşmüşdük", - deyə Zelenski yazıb.
Xatıladaqki, Qremin qəfil ölümü ilə bağlı xəbər bu gün yayılıb. Qeyd edək ki, Lindsi Qrem iyulun 9-da 71 yaşını qeyd edtmişdi. O, 2003-cü ilin yanvar ayından bəri Cənubi Karolinadan olan senator kimi fəaliyyət göstərirdi. Qrem həmçinin 2025-ci ilin yanvar ayından bəri ABŞ Senatının Büdcə Komitəsinə sədrlik edirdi. Qrem dünyada daha çox Rusiya əleyhinə mövqeyi ilə tanınırdı və dəfələrlə Rusiya Federasiyasına qarşı sanksiyaların sərtləşdirilməsi üçün müxtəlif variantlar təklif edib.
