Sizin reklam burada
Sizin reklam burada

12 dekabr – Azərbaycan xalqının qəlbində əbədi yaşayan liderin anım günüdür

12 dekabr – Azərbaycan xalqının qəlbində əbədi yaşayan liderin anım günüdür


12 dekabr – Azərbaycan xalqının qəlbində əbədi yaşayan bir liderin anım günüdür. Bu gün biz təkcə bir insanı deyil, bir dövrü, bir düşüncə məktəbini, xalqın xilaskarı olmuş dahi şəxsiyyəti – Heydər Əliyevi yad edirik.

O, çətin dövrlərdə millətin ümidi, sabaha inamı, qorxu içində yaşayan cəmiyyətin dayağı oldu. 1990-cı illərin mürəkkəb və təhlükəli günlərində hər kəsin ümidi təkcə ona idi. Xalq onu “Xilaskar Lider” adlandırmaqda yanılmırdı – çünki o, doğrudan da Azərbaycanı məhv olmaqdan xilas etdi, sabitlik yaratdı və inkişafın real modelini qurdu.

Heydər Əliyevin dövlətə, xalqa bağlılığı, onun yorulmaz fəaliyyəti həm müstəqilliyin möhkəmlənməsinə, həm də ölkənin güclənməsinə xidmət etdi. Bu gün Azərbaycanın bütün nailiyyətlərinin, sabitliyinin, beynəlxalq arenadakı nüfuzunun kökündə Ulu Öndərin düşünülmüş və zəhmət tələb edən siyasəti dayanır.

12 dekabr — bir millətin öz liderinə olan sədaqətinin və minnətdarlığının təcəssümüdür. Bu gün biz onun ruhu qarşısında baş əyir, yaratdığı dövlətçilik irsini qürurla yaşadırıq. Heydər Əliyev təkcə keçmişin lideri deyil, həm də bu günün və gələcəyin ideya müəllifidir.


Ramin Abasov
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ