
24 dekabr müasir Azərbaycan dövlətçiliyinin inkişaf salnaməsində xüsusi əhəmiyyət kəsb edən bir gündür. Bu tarix ölkəmizi güclü dövlətə, qalib millətə çevirən Lider – Prezident İlham Əliyevin doğum günüdür.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daxili sabitliyini qoruyan, müstəqil siyasət yürüdən, milli maraqları hər zaman üstün tutan bir dövlət kimi tanınır. Onun uzaqgörən siyasəti nəticəsində ölkəmiz iqtisadi baxımdan möhkəmlənmiş, sosial rifah yüksəlmiş, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş statusu qazanmışdır.
Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə qazanılmış tarixi Qələbə Azərbaycan xalqının gücünü, dövlətimizin sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi. Bu Zəfər yalnız hərbi nailiyyət deyil, eyni zamanda ədalətin, milli ləyaqətin və tarixi haqqın bərpası oldu.
Bu gün azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri, yeni şəhər və kəndlərin salınması, Böyük Qayıdış prosesinin uğurla icrası Prezident İlham Əliyevin gələcəyə hesablanmış strateji siyasətinin bariz nümunəsidir.
Cənab Prezident,
Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür və Azərbaycan naminə şərəfli fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.
İbrahim Cəfərov,
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitunun direktoru
