Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi üzrə əvvəlcədən müəyyən edilmiş imtahan mərkəzlərində təşkil olunub
Qeyd edək ki, VIII–XI sinif şagirdlərinin iştirak etdiyi Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyatı, coğrafiya və tarix olmaqla 8 fənn üzrə keçirilir.
Fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə özünəinam hissini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənən şagirdləri aşkar etmək, onların potensial imkanlarının inkişafı istiqamətində müvafiq tədbirlər müəyyənləşdirmək, eyni zamanda məktəblilərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdır.
#GəncəDaşkəsənRTİ #Məktəb #Müəllim #RFO
