Sizin reklam burada
Sizin reklam burada

Müasir Dövrdə Medianın Gücü

Müasir Dövrdə Medianın Gücü

İnformasiya əsrində media cəmiyyətin ən təsirli qüvvələrindən birinə çevrilmişdir. İnsanlar gündəlik həyatlarında baş verən hadisələri məhz media vasitəsilə öyrənirlər. Bu səbəbdən jurnalistlərin üzərinə böyük məsuliyyət düşür.

Azərbaycan mediası son illərdə texnoloji baxımdan mühüm inkişaf yolu keçmişdir. Rəqəmsal platformalar xəbərlərin daha sürətli yayılmasına imkan yaradır. Lakin sürət heç vaxt obyektivliyin və peşəkarlığın önünə keçməməlidir.

Jurnalistikanın əsas prinsipləri – dürüstlük, qərəzsizlik və ictimai maraqlara xidmət etməkdir. Bu prinsiplərə sadiq qalan media cəmiyyətin etimadını qazanır və demokratik inkişaf prosesinə töhfə verir.

Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini təbrik edir, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayırıq!

Nailə Məmmədova,
Mingəçevir Şəhər Texniki Humanitar Liseyin direktoru

  • Sosial şəbəkədə paylaş