
Mətbuatın ən böyük gücü həqiqəti araşdırmaq, cəmiyyəti düzgün və operativ məlumatlandırmaq bacarığıdır. Jurnalistlər hadisələri işıqlandırmaqla yanaşı, ictimai rəyin formalaşmasına da mühüm təsir göstərirlər.
Bu gün informasiya sürətlə yayılsa da, peşəkar jurnalistikanın əhəmiyyəti daha da artır. Dəqiq, balanslı və yoxlanılmış xəbərlər cəmiyyətin sağlam inkişafı üçün vacib şərtlərdəndir. Milli mətbuatımız da bu prinsiplərə sadiq qalaraq fəaliyyətini davam etdirir.
Təbrik: Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri və media əməkdaşlarını səmimi-qəlbdən təbrik edir, onlara məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayırıq.
Zaur Muradov,
YAP İsmayıllı rayon Təşkilatının rəhbəri
