Sizin reklam burada
Sizin reklam burada

Milli mətbuat – xalqın səsi və cəmiyyətin güzgüsü

Milli mətbuat – xalqın səsi və cəmiyyətin güzgüsü

Mətbuat hər bir ölkənin inkişafında mühüm rol oynayan əsas ictimai institutlardan biridir. Azərbaycanda milli mətbuatın əsası 22 iyul 1875-ci ildə "Əkinçi" qəzetinin nəşri ilə qoyulub. Bu tarixdən etibarən xalqımızın maariflənməsi, milli düşüncəsinin inkişafı və ictimai problemlərin işıqlandırılması istiqamətində böyük işlər görülməyə başlanıb.

Bu gün media yalnız xəbərləri çatdırmaqla kifayətlənmir. O, insanların hüquqlarının müdafiəsinə, sosial problemlərin gündəmə gətirilməsinə, dövlət proqramlarının ictimaiyyətə çatdırılmasına və cəmiyyətin maariflənməsinə xidmət edir. Jurnalistlər hadisələri operativ şəkildə izləyərək insanları düzgün məlumatlandırmaq üçün gecə-gündüz çalışırlar.

Rəqəmsal medianın sürətlə inkişaf etdiyi bir dövrdə peşəkar jurnalistikanın əhəmiyyəti daha da artır. Sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş məlumatlar fonunda peşəkar medianın təqdim etdiyi dəqiq və obyektiv informasiya cəmiyyət üçün xüsusi önəm daşıyır.

Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini səmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, məsuliyyətli fəaliyyətlərində uğurlar, bol yaradıcılıq və daim yüksək peşəkarlıq arzulayırıq.

Mustafa Əhmədov
8 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktor əvəzi

  • Sosial şəbəkədə paylaş