Sizin reklam burada
Sizin reklam burada

Milli mətbuat – xalqın sözünü yaşadan böyük qüvvə

Milli mətbuat – xalqın sözünü yaşadan böyük qüvvə

Milli mətbuat hər bir xalqın tarixinin, mədəniyyətinin və milli düşüncəsinin ayrılmaz tərkib hissəsidir. Azərbaycanda bu şərəfli yolun başlanğıcı 22 iyul 1875-ci ildə "Əkinçi" qəzetinin nəşri ilə qoyuldu. Həsən bəy Zərdabinin böyük əməyi sayəsində xalq ilk dəfə ana dilində müntəzəm şəkildə məlumat almaq imkanı qazandı. Bu hadisə Azərbaycan ictimai fikir tarixində yeni bir dövrün başlanğıcı oldu.

Sonrakı illərdə müxtəlif qəzet və jurnallar fəaliyyət göstərərək maarifçiliyin yayılmasına, milli-mənəvi dəyərlərin qorunmasına və ictimai fikrin inkişafına mühüm töhfələr verdilər. Mətbuat təkcə xəbərləri çatdıran vasitə deyil, həm də cəmiyyətin problemlərini işıqlandıran, insanların hüquqlarını müdafiə edən və ictimai maraqlara xidmət edən mühüm platformadır.

Bu gün internet mediası və sosial şəbəkələr informasiya dövriyyəsini sürətləndirsə də, peşəkar jurnalistikanın əhəmiyyəti daha da artıb. Çünki sürətli informasiya axını içərisində yalnız peşəkar və məsuliyyətli media cəmiyyətə düzgün, yoxlanılmış və etibarlı məlumat təqdim edə bilir. Bu isə sağlam ictimai rəyin formalaşması baxımından böyük əhəmiyyət daşıyır.

Təbrik: Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini ürəkdən təbrik edir, onlara tükənməz yaradıcılıq, peşə uğurları, sağlamlıq və ölkəmizin informasiya məkanının inkişafı naminə yeni nailiyyətlər arzulayırıq.


Nərgiz Həsənova
Qarabağ Regional Təhsil İdarəsi,
Bərdə rayonu E. Əsədov adına Türkmən kənd orta məktəbinin direktoru,
Respublikanın Əməkdar müəllimi

  • Sosial şəbəkədə paylaş