Sizin reklam burada
Sizin reklam burada

Jurnalistika – Həqiqətə xidmət edən müqəddəs peşə

Jurnalistika – Həqiqətə xidmət edən müqəddəs peşə

Jurnalistika cəmiyyətin ən məsuliyyətli və şərəfli peşələrindən biridir. Jurnalist hər gün müxtəlif hadisələri izləyir, araşdırmalar aparır, faktları dəqiqləşdirir və onları cəmiyyətə çatdırır. Onun əsas vəzifəsi insanları doğru, obyektiv və operativ məlumatlandırmaqdır. Bu səbəbdən jurnalist peşəsi yalnız peşəkarlıq deyil, həm də vicdan, dürüstlük və yüksək məsuliyyət tələb edir.

Azərbaycan milli mətbuatı yarandığı gündən xalqın maariflənməsi, milli-mənəvi dəyərlərin qorunması və ictimai problemlərin işıqlandırılması istiqamətində mühüm rol oynayıb. Müstəqillik illərində medianın inkişafı üçün yeni imkanlar yaradılıb, informasiya texnologiyalarının tətbiqi nəticəsində xəbərlərin yayılması daha operativ xarakter alıb. Bu gün ölkəmizdə yüzlərlə xəbər portalı, televiziya kanalı, radio və qəzet fəaliyyət göstərir.

Müasir dövrdə sosial şəbəkələrdə yayılan saysız-hesabsız məlumatlar arasında həqiqəti seçmək çətinləşib. Məhz buna görə peşəkar jurnalistlərin hazırladığı dəqiq və yoxlanılmış xəbərlər cəmiyyət üçün daha böyük əhəmiyyət daşıyır. Güclü media yalnız xəbərlər yayan qurum deyil, həm də cəmiyyətin inkişafına istiqamət verən mühüm təsisatdır.

Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, yeni uğurlar, yaradıcılıq ilhamı və məsuliyyətli fəaliyyətlərində daim müvəffəqiyyət arzulayırıq.

Vidadi Rəhimov
"İsmayıĺlı rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin direktoru

  • Sosial şəbəkədə paylaş